...

İon-Adriatik boru kəmərinin ilkin layihələndirilməsi tamamlanıb

Energetika Materials 18 Mart 2023 10:45 (UTC +04:00)
İon-Adriatik boru kəmərinin ilkin layihələndirilməsi tamamlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İon-Adriatik boru kəmərinin (IAP) Albaniya və Monteneqro hissələrinin ilkin layihələndirilməsi tamamlanıb.

Trend-ə bu barədə Xorvatiyanın qaz nəqli sisteminin operatoru olan Plinacro şirkətindən bildiriblər.

"IAP-ın Xorvatiya hissəsində böyük irəliləyiş müşahidə olunur ki, bu da müəyyən dərəcədə Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) kimi Avropa İttifaqının fond vəsaitləri sayəsində mümkün olub. Xüsusən, Xorvatiya ərazisində boru kəmərinin bəzi sahələri üçün artıq tikintiyə icazələr alınıb, Albaniya və Monteneqro sahələri üçün isə ilkin layihələndirmə artıq tamamlanıb", - şirkətdən deyiblər.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kubmetr qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti