Bakı. Trend:
Azərbaycanda təbii qaz hasilatının 2023 və 2024-cü illərdə gündəlik 0,9 milyon barel neft ekvivalenti olacağı gözlənilir.
Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına istinadən xəbər verir.
BVF may hesabatında 2023 və 2024-cü illərdə ölkədə təbii qaz hasilatını müvafiq olaraq gündəlik 0,88 və 0,92 milyon barel neft ekvivalenti səviyyəsində proqnozlaşdırıb.
Maliyyə institutunun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik 0,8 milyon barel neft ekvivalenti təbii qaz hasil olunub.
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyinin məlumatlarına əsasən, ölkədə qaz hasilatının ümumi həcmi 2023-cü ilin ilk 9 ayı ərzində 36,1 milyard kubmetr olmaqla illik hesablamada 1,7 milyard kubmetr (5 faiz) artım nümayiş etdirib.
Qeyd olunan dövrdə Azərbaycandan qaz ixracı 17,8 milyard kubmetr olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9 faiz çoxdur. Avropa Azərbaycandan 8,6 milyard kubmetr, Türkiyə və Gürcüstan isə müvafiq olaraq 7,5 milyard və 1,7 milyard təbii qaz idxal edib. Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə 4,3 milyard kubmetr qaz nəql olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)
X: @Lyaman_Zeyn