Cənubi Qafqaz Qaz Boru Kəməri üzrə əməliyyat və əsaslı xərclər artıb

Energetika Materials 1 May 2026 17:25 (UTC +04:00)
Cənubi Qafqaz Qaz Boru Kəməri üzrə əməliyyat və əsaslı xərclər artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin birinci rübündə Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBKG) sistemi üzrə əməliyyat xərcləri təxminən 21 milyon dollar təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki göstərici ilə (18 milyon dollar) müqayisədə 16,7% çoxdur

Trend bu barədə bp-yə istinadən məlumat verir.

Əsaslı xərclər də artaraq ötən ilin eyni dövründəki 6 milyon dollarla müqayisədə 9 milyon dollara yüksəlib. Bu illik ifadədə təxminən 1,5 dəfə çoxdur.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabat dövründə Cənubi Qafqaz qaz kəməri ilə gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr olub ki, bu da 2025-ci ilin birinci rübündəki 60,8 milyon kubmetrlə müqayisədə artım deməkdir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları aşağıdakılardır:

bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti