...

"Moody's" 2026-2027-ci illərdə Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını verib

Maliyyə Materials 25 Fevral 2026 10:52 (UTC +04:00)
"Moody's" 2026-2027-ci illərdə Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Moody’s” agentliyinin proqnozuna əsasən, Azərbaycanın real ÜDM-i 2026–2027-ci illərdə 2,5–3 faiz səviyyəsində ola bilər. Bu göstərici 2025-ci ildə 1,5 faiz, 2024-cü ildə isə 4,1 faiz təşkil edib.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

“Artım yenidən bankların fəaliyyətinin əsas hissəsini həyata keçirdiyi qeyri-neft sektorunun sabit dinamikası hesabına təmin olunacaq ki, bu da kreditləşmənin, aktivlərin keyfiyyətinin və gəlirliliyin qorunmasına dəstək verir. İqtisadi artım həmçinin nəqliyyat-logistika sektorunda güclərin genişləndirilməsi və aktivliyin artması, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi əsas marşrutların inkişafı; Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa işləri; eləcə də xarici investisiyaların külək və günəş enerjisi layihələrinə cəlb olunmasına səbəb olan bərpa olunan enerji sahəsində hökumət təşəbbüsləri hesabına stimullaşdırılacaq”, -deyə “Moody’s”in hesabatında qeyd olunur.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti