...

Azərbaycan banklarının gəlirlilik səviyyəsi stabil qalacaq - "Moody’s"

Maliyyə Materials 25 Fevral 2026 11:36 (UTC +04:00)
Azərbaycan banklarının gəlirlilik səviyyəsi stabil qalacaq - "Moody’s"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan banklarının gəlirliliyi stabil səviyyədə qalacaq.

Trend bu barədə “Moody’s” agentliyinə istinadən xəbər verir.

“Moody’s”in son hesabatına əsasən, reytinqə daxil edilmiş Azərbaycan banklarında xalis gəlirin maddi aktivlərə olan orta nisbətinin təxminən 2–3 faiz səviyyəsində qalacağı gözlənilir. Buna dayanıqlı xalis faiz marjaları, komissiya və xidmət haqlarından stabil gəlirlər, həmçinin kredit itkiləri üzrə ehtiyatların nəzarət altında saxlanılması dəstək verir.

“Son illərdə marjaların artması yüksək gəlirli kreditlərin pərakəndə borcalanlar və kiçik və orta sahibkarlıq subyektləri arasında payının yüksəlməsini əks etdirir. İqtisadi bərpa isə bu seqmentlər tərəfindən kredit tələbinin yüksək qalmasını stimullaşdırır. Bununla belə, Azərbaycan Mərkəzi Bankının faiz dərəcələrini azaltması bankların faiz aktivlərinin gəlirliliyini aşağı saldığı halda, müştərilər uğrunda güclü rəqabət səbəbindən cəlb edilmiş vəsaitlər üzrə dərəcələrin nisbətən sərt qalması marjalara təzyiq yarada bilər. Məcburi ehtiyatların artımı isə hələ də yüksək səviyyədə qalan gəlirliliyi müəyyən dərəcədə məhdudlaşdıracaq”, – hesabatda vurğulanır.

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat, cəmi öhdəlikləri 49,743.7 mln. manat, balans kapitalı 7,342.5 mln. manat olub. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artıb.

Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olub. Kredit portfelinin strukturu:

  • biznes kreditləri – 53.6% (16,106.3 mln. manat);
  • istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat)
  • ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat).

Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artıb. 2025-ci il ərzində banklar 1,161.6 mln. manat xalis mənfəət, 1,862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti