...

Azərbaycan banklarının maliyyələşməsi və likvidliyi stabil qalacaq - "Moody’s"

Maliyyə Materials 25 Fevral 2026 11:35 (UTC +04:00)
Azərbaycan banklarının maliyyələşməsi və likvidliyi stabil qalacaq - "Moody’s"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektorunda maliyyələşmə və likvidlik sabit qalacaq.

Trend bu barədə “Moody’s” agentliyinə istinadən məlumat verir.

Agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan bankları əsasən müştəri depozitləri hesabına maliyyələşir. 2025-ci ilin dekabr ayına olan məlumata görə, depozitlər illik müqayisədə 1,4 faiz artaraq bankların ümumi öhdəliklərinin təxminən 77 faizini təşkil edib.

“Azərbaycanda xarici valyutada olan depozitlərin payı 2025-ci ilin dekabr ayının sonuna 37 faiz olub. Bu göstərici 2022-ci ilin sonundakı 48 faizlə müqayisədə azalıb (2016-cı ildə 70 faizdən çox idi). 2025-ci ilin dekabr ayının sonuna bank sektorunun aktivlərinin təxminən 41 faizi likvid olub — buraya nağd vəsait və onun ekvivalentləri, digər banklardakı vəsaitlər, həmçinin dövlət və kvazi-dövlət isitiqrazlarına yatırımlar daxildir ki, bu da xarici şoklara qarşı etibarlı bufer formalaşdırır”, - deyə hesabatda qeyd olunur.

Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,086.2 mln. manat, cəmi öhdəlikləri 49,743.7 mln. manat, balans kapitalı 7,342.5 mln. manat olub. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artıb.

Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq 30,063 mln. manat olub. Kredit portfelinin strukturu:

  • biznes kreditləri – 53.6% (16,106.3 mln. manat);
  • istehlak kreditləri – 31.1% (9,354.2 mln. manat)
  • ipoteka kreditləri – 15.3% (4,602.5 mln. manat).

Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2,585.4 mln. manat (o cümlədən, biznes kreditləri 1,319.1 mln. manat, istehlak kreditləri 909,3 mln. manat, ipoteka kreditləri 357 mln. manat) artıb. 2025-ci il ərzində banklar 1,161.6 mln. manat xalis mənfəət, 1,862 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti