Bakı. Trend:
Xızı-Abşeron külək elektrik stansiyasının tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün tədbirlər görülür.
Bu barədə Səudiyyə Ərəbistanında yerləşən “ACWA Power” şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik Trend-ə özəl müsahibəsində bildirib.
O qeyd edib ki, Xızı-Abşeron külək elektrik stansiyası Azərbaycanın az karbonlu iqtisadiyyata keçidində mühüm addımdır, qalıq yanacaqlardan asılılığı və karbon emissiyalarını ildə 400 min tondan çox azaldır.
"Elektrik stansiyasının ildə 893 GVT təmiz enerji istehsal edəcəyi gözlənilir ki, bu da Azərbaycanın karbon emissiyalarının azaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək", - o bildirib.
O əlavə edib ki, layihə tikinti və istismar mərhələsində minimal təsiri təmin etmək üçün ətraf mühitin mühafizəsi, sosial sahə və biomüxtəliflik sahəsində ən yüksək dünya standartlarına cavab verir.
"Ətraf mühitə və cəmiyyətə dəyəcək təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, hava keyfiyyəti, səs-küy, torpaq, suyun keyfiyyəti və sosial-iqtisadi şərtlər kimi amillər daxil olmaqla, əsas tədqiqatlar tamamlanıb. Tikinti və istismar zamanı potensial təsirləri minimuma endirmək üçün tədbirlər görülür.
Biz yerli iş imkanlarını yaratmaq, texniki bacarıqları inkişaf etdirmək və infrastrukturu təkmilləşdirməklə icmaların inkişafını dəstəkləməyə çalışırıq. Layihə çərçivəsində maraqlanan tərəflərlərlə başladılan geniş məsləhətləşmə Abşeron rayonunun Sitalçay, Xızı rayonunun Çaylı kəndlərinin nümayəndələrini, Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) əhatə edən icmaların inkişafı üzrə komitələrinin yaradılmasına gətirib çıxardı. Bu komitələr icmaların inkişafı və investisiya proqramlarını dəstəkləmək məqsədi daşıyır", - o deyib.
“ACWA Power” beynəlxalq standartlara, o cümlədən, Avropa İnkişaf və Təşkilat Bankı (EİTB), Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tələblərinə riayət edir. Layihədə vəhşi quşları qorumaq üçün “Identiflight” sistemi kimi qabaqcıl texnologiyalar istifadə olunacaq. Ətraf mühitin izlənməsi proqramları layihənin bütün dövrü boyunca standartlara uyğun olaraq həyata keçiriləcək.
Xızı-Abşeron külək elektrik stansiyası 240 MW gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 GВт-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarə ediləcək.
Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbinası, optimal külək yığımını nəzərə alınaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəck.
X: @Lyaman_Zeyn