...

Ərdoğan Putin və Saakaşvili ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 13 Avqust 2008 18:24 (UTC +04:00)
Ərdoğan Putin və Saakaşvili ilə danışıqlar aparacaq

Azərbaycan, Bakı, 13 avqust / , müxbir S.İlhamqızı/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstanda baş verən hadisələrlə əlaqədar bu gün Rusiyaya yola düşəcək. Bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.

Ərdoğan Rusiyanın Baş naziri Vladimir Putinlə görüşəcək, Gürcüstanda yaşanmış hərbi münaqişəni müzakirə edəcək. Ərdoğan avqustun 14-də Gürcüstana gedəcək və prezident Mixail Saakaşvili ilə görüş keçirəcək. Türkiyənin Baş nazirinin Rusiya və Gürcüstan rəhbərləri ilə Qafqazda sülhün, sabitliyin bərpası məqsədilə danışıqlar aparacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti