...

XİN: Türkiyə Liviyada zorakılığın artmasından narahatdır

Dünya xəbərləri Materials 21 May 2014 01:11 (UTC +04:00)
Türkiyə xarici işlər nazirliyinin yazılı bəyanatında qeyd olunur ki: "Biz 2014-ci ilin mayın 16-da Benqazi şəhərində başlamış və sonra Tripoli şəhərinə keçmiş qarşıdurma və insanların həlak olması ilə bağlı kədərlənmişik, həmçinin zorakılığın artmasından narahatıq".
XİN: Türkiyə Liviyada zorakılığın artmasından narahatdır

Azərbaycan, Bakı, 21 may /Trend/

Türkiyə xarici işlər nazirliyinin yazılı bəyanatında qeyd olunur ki: "Biz 2014-ci ilin mayın 16-da Benqazi şəhərində başlamış və sonra Tripoli şəhərinə keçmiş qarşıdurma və insanların həlak olması ilə bağlı kədərlənmişik, həmçinin zorakılığın artmasından narahatıq". Trend TRT telekanalının saytına istinadən bu barədə məlumat verir.

Daha sonra nazirliyin bəyanatında göstərilib ki, Türkiyə dost və qardaş Liviyada milli dialoq və barışıq şəraitində keçid prosesinin başa çatmasını arzulayır.

Bəyanatda həmçinin qeyd olunur ki, Liviya üçün dialoq və demokratik metodlar vasitəsilə problemlərin həll olunması vacibdir, eləcə də çağırışı olunub ki, davamlı sabitlik və təhlükəsizlik bərqərar olunsun, həmçinin bütün tərəflər sağlam düşüncəni qoruyub saxlasın və təmkinlə hərəkət etsin.

Xəbər lenti

Xəbər lenti