Bakı. Orxan Quluzadə - Trend:
Ankaranın Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqəsi olan Fətullah Gülənin ABŞ-dan digər ölkəyə qaça biləcəyinə dair məlumatları var.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib.
O, F.Gülənin hansı ölkəyə qaça biləcəyini açıqlamayıb.Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.