Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hərbi çevrilişə cəhddə əli olduğu deyilən Fətullah Gülənin gizlənə biləcəyi ölkələrin adlarını açıqlayıb.
Trend-in "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, o bildirib ki, bu, ilk növbədə Misir, Avstraliya, Kanada, Cənubi Afrika və Meksikadır.
Nazirin sözlərinə görə, F.Gülənin harada gizlənməsinə baxmayaraq, Türkiyəyə qaytarılacaq.