...

AEBA Ukraynanın nüvə obyektlərinə təhlükənin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb

Dünya xəbərləri Materials 25 Fevral 2022 05:04 (UTC +04:00)
AEBA Ukraynanın nüvə obyektlərinə təhlükənin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynadakı vəziyyəti ciddi narahatlıqla izlədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə Agentliyin saytında yerləşdirilmiş məlumatda deyilir.

Agentlik Ukraynanın nüvə obyektlərinə təhlükə yarada biləcək hər hansı hərəkətdən yayınmaq üçün maksimum təmkinli olmağa çağırıb.

Qurumun Baş direktoru Mariano Qrossi vurğulayıb ki, 2009-cu ildə MAQATE-nin Baş Konfransı - təşkilatın bütün üzv dövlətlərinin illik toplantısında dinc məqsədlər üçün nəzərdə tutulmuş nüvə obyektlərinə qarşı hər hansı silahlı hücum və ya təhlükənin BMT Nizamnaməsinin, beynəlxalq hüququn və Agentliyin Nizamnaməsinin prinsiplərinin pozuntusu olduğunu təsbit edən qərar qəbul edilmişdir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Çernobıl AES-ə nəzarəti itirdiyini açıqlamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti