Bakı. Trend:
Ukrayna Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirdiyini açıqlayıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, məlumatı Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.
"Şiddətli döyüşlərdən sonra Çernobıl sahəsinə nəzarəti itirdik. Keçmiş Çernobıl AES-in obyektlərinin, nüvə tullantılarının saxlanclarının vəziyyəti məlum deyil", - Mixail Podolyak bildirib.