Bakı. Trend:
İranın gənclər və idman naziri Həmid Səccadinin mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Trend-in məlumatına görə, bu barədə İran KİV-i məlumat verib.
Məlumata görə, hadisə 1 may tarixində Tehranda iranlı kinorejissor, prodüser Nadir Talıbzadənin dəfn mərasimində baş verib.
Hələlik İranın İdman və Gənclər Nazirliyi bu hadisəyə münasibət bildirməyib.