...

Fransanın konstitusiya şurası pensiya islahatını qanuni hesab edib

Dünya xəbərləri Materials 14 Aprel 2023 21:12 (UTC +04:00)

Bakı. Trend:

Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya yaşının 64 yaşa qaldırılmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə cümə günü "France Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şuranın hakimləri qanunun məzmununun və qəbul olunma qaydasının Konstitusiyaya uyğun olduğunu müəyyən edərək, onu təsdiq ediblər.

Qeyd edək ki, pensiya islahatı hökumət tərəfindən martın 16-da qəbul edilib. Sözügedən islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti