...

Türkiyənin Ambarlı limanı 12 milyon tondan çox yük qəbul edib

Dünya xəbərləri Materials 18 Sentyabr 2024 13:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Ambarlı limanı 12 milyon 425 min 367 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 2 milyon 102 min 331 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 323 min 36 ton yük daşınıb.

2024-cü ilin yanvar-avqust aylarında Ambarlı limanından 6 milyon 445 min 819 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 535, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 331 olub.

Xəbər lenti

Xəbər lenti