Bakı. Trend:
Bu gün İran prezidenti Məsud Pezeşkian Qətərdə keçiriləcək Asiyada Əməkdaşlıq Dialoqu Forumunda (ACD) iştirak etmək məqsədilə Dohaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Bildirilib ki, iki günlük səfər çərçivəsində İran prezidentini yüksək səviyyəli siyasi və iqtisadi heyət müşayiət edəcək.
Səfər çərçivəsində İran prezidentinin Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və digər ölkələrin rəhbərləri ilə görüşü planlaşdırılır.
Asiyada Əməkdaşlıq Dialoqu Forumu 2002-ci ildə Asiya ölkələrinin
qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədilə
yaradılıb. Forumda 34 ölkə iştirak edir.