...

Tehranda İran-Azərbaycan arasında siqnal toqquşmalarının aradan qaldırılması müzakirə olunub

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 17:35 (UTC +04:00)
Tehranda İran-Azərbaycan arasında siqnal toqquşmalarının aradan qaldırılması müzakirə olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tehranda İran və Azərbaycan arasında tezlik spektrinin tənzimlənməsi üzrə ikitərəfli iclas işə başlayıb.

Trend xəbər verir ki, bununla əlaqədar İranın Radiokommunikasiya və Qaydaların Tənzimlənməsi Təşkilatı məlumat yayıb.

Məlumata görə, üçgünlük keçirilən iclasda iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsində yüksək səviyyəli rəsmilər iştirak edirlər.

İclasda 2300, 2600 və 3500 Mhz tezlik zolaqlarında mobil şəbəkələrin uzlaşdırılması, mobil şəbəkələr arasında koordinasiya üsullarının müəyyənləşdirilməsi, sərhəd bölgələrində keçirilmiş siqnal ölçmə testlərinin (drive test) nəticələrinin təhlil olunması kimi məsələlər müzakirə olunacaq.

Görüşün əsas məqsədi sərhəd bölgələrində rabitə siqnallarının toqquşmasının qarşısını almaq və tezlik zolaqlarından optimal istifadəni təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti