Bakı. Trend:
İran ordusunun dəniz donanması qarşı tərəfləri yenidən məğlub etmək üçün hazırdır.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei bu gün “İran Ordusu Günü” ilə əlaqədar müraciətində bildirib.
Onun sözlərinə görə, İran ordusu ölkə ərazisini var-gücü ilə müdafiə edir və lazım olduğu halda lazımi tədbirlər görür.
Xamenei əlavə edib ki, ötən iki müharibədə (İran-İraq müharibəsi və ötən il ABŞ və İsrail ilə olan müharibə) olduğu kimi, İran ordusu ölkənin digər silahlı qüvvələri ilə birlikdə ölkənin keşiyində durur.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
