Bakı. Trend:
Ötən gecə İran ordusunun Hərbi Dəniz Donanmasının dəstəyi ilə İranın “Sili City” neft tankeri ölkə ərazisinə daxil olub.
Trend xəbər verir ki, bununla əlaqədar İran ordusu məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun dəniz blokadası və xəbərdarlıqlarına baxmayaraq sözügedən tanker Ərəb dənizindən keçərək ölkə ərazisinə daxil olub. Neft tankeri bir neçə saat öncə İranın cənubundakı limanlarından birinə yan alıb.
Qeyd edək ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası tətbiq edib.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
