İran ordusu ABŞ gəmisinin Hörmüzə daxil olmasının qarşısını aldığını elan edib

Dünya xəbərləri Materials 4 May 2026 14:24 (UTC +04:00)
İran ordusu ABŞ gəmisinin Hörmüzə daxil olmasının qarşısını aldığını elan edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin esmineslərinin Hörmüz boğazı zonasına daxil olmasının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran ordusunun çevik qüvvələrinin xəbərdarlığı ilə bu addım atılıb.

Əlavə edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bu gün Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə bildirib ki, Hörmüz boğazında hərbi münaqişə səbəbindən akvatoriyada qalan gəmilərin keçirilməsi üçün həyata keçiriləcək “Project Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatına təxminən 15 min amerikalı hərbçi, raket esminesləri və 100-dən çox təyyarə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti