Azərbaycan, Bakı, 18 iyun /Trend/
Bakıda I Avropa Oyunları çərçivəsində qadınlar arasında 67 kq çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Fəridə Əzizova final görüşünə çıxıb.
Trend-in məlumatına görə, o, finalda Anastasiya Barışnikovayla qarşılaşıb.
Təmsilçimiz rəqibinə 5:6 hesabı ilə uduzaraq gümüş medala yiyələnib.