...

Rusiyalı gimnastlar ölkələrinin medal hesabına daha bir qızıl əlavə etdilər

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 16:27 (UTC +04:00)
I Avropa Oyunları akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin temp hərəkətlərin yekununda rusiyalı gimnastlar Georgi Pataraya və Marina Çernova 29.300 bal toplayaraq birinci yerə çıxıblar.
Rusiyalı gimnastlar ölkələrinin medal hesabına daha bir qızıl əlavə etdilər

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/

I Avropa Oyunları akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin temp hərəkətlərin yekununda rusiyalı gimnastlar Georgi Pataraya və Marina Çernova 29.300 bal toplayaraq birinci yerə çıxıblar.

Trend-in məlumatına əsasən, gümüş medalın sahibləri belçikalı cütlük Yana Vastavel və Solano Kassamayor (28.690), bürünc medalın sahibləri isə Britaniya dueti Hanna Boun və Rayan Bartlet olub (28.650).

Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoli Leonov yarışı 27.320 xalla 5-ci yerdə başa vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti