...

Avropa Oyunlarının cüdo yarışlarında iki qadın cüdoçumuz növbəti mərhələyə adlayıb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 12:29 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında daha bir qadın cüdoçumuz qələbə qazanıb.
Avropa Oyunlarının cüdo yarışlarında iki qadın cüdoçumuz növbəti mərhələyə adlayıb (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında daha bir qadın cüdoçumuz qələbə qazanıb.

Trend xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Oyunlarının cüdo yarışlarının ilk günü tatami üzərinə çıxan növbəti qadın təmsilçimiz 48 kq-dək çəki dərəcəsindəki təmsilçimiz Ayşə Qurbanlı 1/16 final mərhələsində Rusiya idmançısı Kristina Rumyantseva ilə qarşılaşıb.

Cüdoçumuz rəqibini saxlama (asai-komi) fəndinə salaraq vaxtından əvvəl tam qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.

Onun 1/8 finaldakı rəqibi İtaliya təmsilçisi Valentina Moskat olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu yarışlarda medal uğrunda mübarizə aparır.

Onlardan Leyla Əliyeva ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

52 kq-dək çəki dərəcində qadın cüdoçuların yarışında isə ölkəmizi təmsil edən Səkinə Zayirovanın 1/16 final mərhələsində İsrail cüdoçusu Roni Şvartzla üz-üzə gəlib. İdmançımız bu görüşdə vaxtından əvvəl məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti