...

Qədim Misirin gözəli "Parlaq Zəka"da (FOTO)

Mədəniyyət Materials 19 Yanvar 2016 13:29 (UTC +04:00)
"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib.
Qədim Misirin gözəli "Parlaq Zəka"da (FOTO)

Bakı. Trend:

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Qədim Misir" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Nizami Süleymanov, sarı yolda Azərbaycan Dillər Universitetinin tələbəsi Mahmud Rəhimli, yaşıl yolda isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Babək İmaməlili mübarizə apardı. Təəssüf ki, qarşılaşmanın qalibi olmayıb.

"Qədim Misir nə qədər sirrli və maqlı olsa da təəssüf ki, zəkalarımız onun sirrlərini aça bilmədi." -deyə layihənin aparıcısı Aydın Piriyev bildirib.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti