...

Tarkan Bakıya gəlir

Mədəniyyət Materials 21 Aprel 2017 16:38 (UTC +04:00)
Türkiyənin məşhur müğənnisi Tarkan Formula 1 yarışı ilə bağlı Bakıya gələcək.
Tarkan Bakıya gəlir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyənin məşhur müğənnisi Tarkan Formula 1 yarışı ilə bağlı Bakıya gələcək.

Bunu Trend-ə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, iyunun 23-25-də Bakıda keçiriləcək növbəti Formula 1 yarışının ilk günündə Türkiyənin məşhur müğənnisi Tarkan avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Müğənni iyunun 23-də axşam saatlarında Dənizkənarı Milli Park ərazisində yerləşən böyük səhnədə Formula 1 həvəskarları üçün ən məşhur mahnılarını səsləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti