...

"Rəssamın portreti" əsəri hərracda 90,3 milyon dollara satılıb

Mədəniyyət Materials 16 Noyabr 2018 08:48 (UTC +04:00)

Bakı. Trend:

İngilis rəssam, qrafik və fotoqraf Devid Hokninin "Rəssamın portreti (iki fiqurlar ilə hovuz)" rəsmi "Christie's" hərrac evinin təşkil etdiyi hərracda 90,3 milyon dollara satılıb.

Trend-in məlumatına görə, bu barədə "Christie's" hərrac evinin "Twitter" səhifəsində deyilir.

Bu, hazırda həyatda olan rəssamın əsərləri üçün rekord qiymətdir.

Bundan əvvəlki rekord 2013-cü ildə "Christie's" hərrac evində satılan Ceff Kunsun "Hava şarlarından it" heykəltaraşlıq əsərinə məxsus olub. C.Kunsun əsəri 58,4 milyon dollara satılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti