...

Peşəkar taekvondoçu Fəridə Əzizovanın evini qarət edənlərə hökm oxundu

Gündəm Materials 14 Noyabr 2018 13:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda ev oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İsrafilov 10 il azadlıqdan məhrum edilib, N.Fərəcovaya isə şərti cəza verilib.

İttihama görə, Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb. Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti