...

Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)

Gündəm 17 Yanvar 2022 17:32 (UTC +04:00)
Bakının bu rayonunda yaşayış binaları sökülür (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-ci illərdə inşa olunmuş "Minsk" və "Xruşovka" layihəli beş mərtəbəli binalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti