...

İri ticarət mərkəzləri və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələb olunmayacaq

Gündəm Materials 27 Mart 2023 15:36 (UTC +04:00)
İri ticarət mərkəzləri və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələb olunmayacaq

Bakı. Trend:

İri ticarət mərkəzləri və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələb olunmayacaq.

Trend-in məlumatına görə, qərara əsasən, 2023-cü il 28 mart saat 06:00-dan müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilib. Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu tələbi ləğv olunub.

Eyni zamanda, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu tələbi ləğv olunub.

Xəbər lenti

Xəbər lenti