...

Moskvanın mərkəzində azərbaycanlılar və dağıstanlılar arasında dava baş verib, yaralananlar var

Hadisə Materials 15 Fevral 2009 01:24 (UTC +04:00)

Şənbə günü axşam saatlarında bir qrup cavan azərbaycanlılar və dağıstanlılar arasında Moskvanın mərkəzində dava baş verib, üç nəfər bıçaq yaraları alıb, RİA Novosti hüquqmühafizə orqanlarında mənbəyə istinadən xəbər verir.

Onun sözlərinə gbrə, 10 nəfərin iştirak etdiyi dava Tverskoy_Yamskaya küçəsində yerləşən kafe yaxınlığında saat 22:30 radələrində baş verib.

"Bir neçə nəfər xəsarət alıb, onlardan üçü bıçaq yaraları alıb", mənəbə bildirib.

Hadisə yerinə patrul xidməti gələrək bir neçə nəfəri həbs edib, mənəbə deyib.

Hadisə yerində istintaq qrupu işləyir.

Xəbər lenti

Xəbər lenti