...

Azərbaycan XİN batmış Türkiyə tankerindəki azərbaycanlı dənizçilərin taleyini aydınlaşdırır

Hadisə Materials 16 Yanvar 2012 10:22 (UTC +04:00)
Azərbaycan XİN Albaniyanın Durres limanı yaxınlığında batan Türkiyə tankerindəki həlak olan və yaralanan azərbaycanlı dənizçilərin taleyini araşdırır.
Azərbaycan XİN batmış Türkiyə tankerindəki azərbaycanlı dənizçilərin taleyini aydınlaşdırır

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN Albaniyanın Durres limanı yaxınlığında batan Türkiyə tankerindəki həlak olan və yaralanan azərbaycanlı dənizçilərin taleyini araşdırır. Bu barədə bazar ertəsi Trend-ə XİN-in mətbuat katibi Elman Abdulalyev bildirib.

Nazirlik Azərbaycanın Yunanıstanda, eləcə də Albaniyada akkreditə olunmuş səfirliyinə hadisənin təfərrüatlarını və azərbaycanlı dənizçilərin taleyinin aydınlaşdırılması ilə məşğul olmağı tapşırıb.

Albaniyanın Durres limanında Türkiyə tankerinin partlaması nəticəsində ekipajının tərkibində Azərbaycan vətəndaşlarının da olduğu gəmi batıb. Bu barədə Türkiyənin "Samanyolu Haber" xəbər portalı məlumat verib.

Gəminin kapitanı olan Azərbaycan vətəndaşı və iki Gürcüstan vətəndaşı həlak olub. Türkiyə KİV-i xəbər verir ki, gəminin göyərtəsində daha üç Azərbaycan, üç Türkiyə vətəndaşı, altı gürcü və iki ukraynalı olub.

Partlayışın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti