Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində, Abşeron rayonu ərazisində "Mitsubishi Pajero" markalı maşın dərəyə aşıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı avtomobildə olan 4 nəfər həlak olub.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.