...

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub

Hadisə Materials 17 Yanvar 2014 12:52 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yanvarın 16-da saat 08:00 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakini Bünyamin Tapdıqzadə vurulub.
Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub

Azərbaycan, bakı, 17 yanvar /Trend/

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yanvarın 16-da saat 08:00 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakini Bünyamin Tapdıqzadə vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanvarın 16-da saat 16 radələrində Şirvan şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Mübariz Bağırov vurulub.

Piyada xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti