...

Gədəbəydə bir gündə iki piyadanı avtomobil vurub, ölən və yaralanan var

Hadisə Materials 10 İyul 2014 09:40 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, ilk hadisə Gədəbəy-Novosaratovka yolunun 3-cü km-də baş verib.
Gədəbəydə bir gündə iki piyadanı avtomobil vurub, ölən və yaralanan var

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Gədəbəydə bir gündə iki piyadanı avtomobil vurub, ölən və yaralanan var.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, ilk hadisə Gədəbəy-Novosaratovka yolunun 3-cü km-də baş verib. Rayon sakini 28 yaşlı Rüsət Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən piyada 51 yaşlı Həmid Hüseynovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Qəzanı törədən sürücü saxlanılıb.

Piyadanın vurulması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi isə rayonun Xarxar kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Yusifov idarə etdiyi "Mercedes E 320" markalı avtomobillə yolu keçmək istəyən 12 yaşlı Elvin Həsənovu vurub. Dərhal xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hər iki hadisə ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti