...

Gəncədə yolu keçmək istəyən ata-balanı avtomobil vurub

Hadisə Materials 6 Yanvar 2015 09:39 (UTC +04:00)
Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gəncədə yolu keçmək istəyən ata-balanı avtomobil vurub

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb.

62 yaşlı Aydın Məhərrəmov və oğlu 25 yaşlı Muraz yolu keçmək istəyərkən VAZ markalı avtomobil onları vurub.

Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti