...

Azərbaycanda külli miqdarda pul oğurlayan şəxs Rusiyaya qaçarkən tutulub

Hadisə Materials 27 Fevral 2015 12:27 (UTC +04:00)
Kafedən külli miqdarda pul oğurlamış Mingəçevir şəhər sakini Rusiyaya qaçarkən tutulub.
Azərbaycanda külli miqdarda pul oğurlayan şəxs Rusiyaya qaçarkən tutulub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Kafedən külli miqdarda pul oğurlamış Mingəçevir şəhər sakini Rusiyaya qaçarkən tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Yasamal rayonu ərazisində yerləşən "Yanar dağ" kafesində, oranın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb.

DİN-in Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti