...

Azərbaycan əsgəri vəfat edib

Hadisə Materials 5 İyun 2015 20:27 (UTC +04:00)
Azərbaycan əsgəri vəfat edib.
Azərbaycan əsgəri vəfat edib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan əsgəri vəfat edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov 5 iyun 2015-ci il tarixində hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Qeyd olunan hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti