Bakı. Trend:
Ekvadorda iki sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər həlak olub, 47 nəfər xəsarət alıb.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, həlak olan avtobuslardan birinin sürücüsü olduğu bildirilir.
Bütün xəsarət alanlara tibbi yardım göstərilib.