...

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 25 Sentyabr 2017 13:59 (UTC +04:00)
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.
Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Tutarlı dəllilər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini Roza Əliyeva Yevlax RPŞ-yə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti