...

Tərtər və Bərdə sakinlərindən sənədsiz silahlar götürülüb

Hadisə Materials 26 Sentyabr 2019 09:05 (UTC +04:00)
Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.
Tərtər və Bərdə sakinlərindən sənədsiz silahlar götürülüb

Bakı. Trend:

Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səhləbad kənd sakini Ə.İsmayılovun evindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli kənd sakini E.Salahovun evindən 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti