...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün rəsmi hissəsi başa çatıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2011 00:36 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan şənbə günü danışıqların rəsmi hissəsindən sonra söhbəti qeyri-rəsmi şəraitdə davam etdiriblər
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün rəsmi hissəsi başa çatıb (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 5 mart saat 16:24-də yayılıb)

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyan şənbə günü danışıqların rəsmi hissəsindən sonra söhbəti qeyri-rəsmi şəraitdə davam etdiriblər, - RİA Novosti məlumat verib.

Liderlər "Krasnaya Polyana" qış kurortunda dağ xizəyi enişinin yaxınlığında görüşüblər və birlikdə çay və qəhvə içiblər. Sonra prezidentlər funikulyorda Psexako dağ silsiləsinə qalxıblar. Medvedev və Əliyev bu imkandan istifadə edərək, enişdən dağ xizəyi ilə bir neçə dəfə eniblər, Sarkisyan isə qar üstü ilə yeriyən maşınında gəzib.

Sonra üç dövlət rəhbəri nahar zamanı aktual məsələlərin müzakirələrini davam etdiriblər.

Soçidəki görüş Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin səkkizinci üçtərəfli görüşdür.

Belə formatda bundan əvvəlki görüş ötən il oktyabrın 27-də Həştərxanda keçirilib. Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın danışıqlarının yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri - Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin qaytarılmasını və humanitar xarakter daşıyan bəyannamə imzalanıb.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti