İsrail, Qüds / Trend müxbir R.Məmmədov / Ərəb-İsrail münaqişəsi üzrə İsrail eksperti Şmuel Sandler hesab edir ki, noyabrın sonlarında Annapolisdə Yaxın Şərq münaqişəsinin həlli üzrə keçiriləcək konfrans güman ki, intriqa və dramatizmlə dolu olunacaq.
"Demək olar ki, konfransda iştirak edən və Yaxın Şərqdə mövcud vəziyyətə birbaşa təsir göstərən tərəflərin hər birinin öz maraqları var" - deyə çərşənbə günü Trend ə İsrailin Bar-İlan universitetinin professoru Sandler bilidirib.
Annapolisdə keçiriləcək Yaxın Şərq üzrə sülh konfransı Vaşinqtonun təşəbbüsü ilə təşkil olunub. Konfransda İsrail və Fələstin rəhbərlərinin, münaqişənin həllinə cəlb olunmuş ölkə və təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
"Annapolis konfransı sülh prosesinə beynəlxalq dəstəyin, İsrail və Fələstin hökumətlərinin mövcudluğu ideyasının reallaşması istiqamətində səylərin mövcud olmasını göstərir" - deyə Sandler hesab edir. Onun sözlərinə görə, Annapolis konfransında İsrailin həm daxili siyasi, həm də xarici siyasi maraqları var. Xarici siyasət maraqları Fələstin Milli Hökumətinin rəhbəri Mahmud Abbasın rejimi və hakimiyyətinin güclənməsi, Fələstin ərazisində HƏMAS-ın təsirinin qarşısını ala bilməsindən ibarətdir" - deyə o bildirib.
"Əgər Abbasa konfransda qalib gəlmək mümkün olmazsa, o, bir daha muxtariyyəti idarə edə bilməyəcək, FƏTH üzvlərinin inamını itirəcək. Abbas heç bir davamçı yetişdirmədiyinə görə onun gedişi FƏTH rəhbərliyində daxili ixtilaflara səbəb ola bilər ki, bu da HƏMAS-ı gücləndirə və islamçılara hakimiyyətlərini bütün muxtariyyət ərazisinə yaymağa şərait yarada bilər" - deyə İsrail eksperti bildirib.
Digər tərəfdən, Sandlerin sözlərinə görə, İsrailin baş naziri Ehud Olmertin gələcək siyasi fəaliyyəti xeyli dərəcədə keçiriləcək konfransın nə dərəcədə uğurlu olmasından asılıdır. Professor Sandler hesab edir ki, Olmert göstərilən təzyiqlərə təslim olmazsa, hakim koalisiyanı qoruyub saxlaya biləcək. "Bu baxımdan Mahmud Abbasın və Olmertin siyasi zəifliyi Annapolisdə keçiriləcək konfransın fiaskoya uğrayacağından xəbər verir" - deyə İsrail eksperti bildirib.
Ekspert hesab edir ki, çox az insan gələcək güzəştlərin, hətta münaqişənin həlli ilə bağlı yekun razılaşmanın imzalanmasının İsrailin sülh istiqamətində təşəbbüslərinin gözlənilən nəticə verəcəyinə inanır.
Hər bir kəs başa düşür ki, istənilən razılaşma və istənilən bəyannamə, tarixi sənədin imzalanmasından dərhal sonra iranmeyili qruplaşmaların fəaliyyəti nəticəsində pozulacaq" - deyə İsrail eksperti qeyd edib.
"Mümkündür ki, tərəflər Annapolisdə keçiriləcək konfransa iki dövlətin tarixində baş verən tarixi an kimi yanaşdıqları təqdirdə, konfrans Yaxın Şərq üçün ümid verə bilər" - deyə İsrail eksperti hesab edir.