Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadı İranın milli bayramı - İslam inqilabı günü münasibətilə təbrik edib. Məktubda dövlət başçısı ikitərəfli əlaqələrin daim inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib: "Ümidvaram ki, Azərbaycan-İran münasibətləri dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".