...

Azərbaycan prezidenti BP şirkətinin icraçı vitse-prezidenti Endryu İnqlisi qəbul edib

Siyasət Materials 11 Aprel 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında BP şirkətinin icraçı vitse-prezidenti Endryu İnqlisi qəbul edib.

İnqlis Azərbaycanda əməliyyat işlərinin uğurla həyata keçirildiyini, xüsusilə də ötən qışın sərt keçməsinə baxmayaraq, "Şahdəniz" yatağında hasilatın fasiləsiz davam etdirildiyini və bununla da Azərbaycan əhalisinin qaza olan tələbatının tam şəkildə ödənildiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev qışda Azərbaycanda qeyri-adi hava şəraiti olmasına baxmayaraq, "Şahdəniz" yatağında heç bir problemin yaranmadığını, əksinə, işin öhdəsindən uğurla gəlindiyini və əhalinin mavi yanacaqla təmin edildiyini vurğulayıb.

Görüşdə BP ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, görülən və perspektivdə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb, işbirliyinin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti