Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Heydər Əliyev Sarayının əsaslı təmiri və bərpasında son tamamlama işləri ilə tanış olub.
Heydər Əliyev Sarayında əsaslı təmir-bərpa
və yenidənqurma işlərinə dövlət
başçısının sərəncamı ilə
başlanılıb. Bu sarayda ötən 35 ildən sonra ilk
dəfədir ki, təmir-bərpa işləri
aparılır.
Dövlət başçısına məlumat verilib ki,
sarayın fasadı xüsusi mərmərlə üzlənib,
binanın qarşı və yan tərəflərində
ABŞ istehsalı olan ekran tipli şüşələr
quraşdırılıb. Sarayın əsas
özəlliklərindən olan bu şüşələr
içəridə keçiriləcək tədbirləri
birbaşa bayırda da izləməyə imkan
verəcəkdir.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması, habelə gələcəkdə sarayın istismarının da lazımınca təşkili barədə tövsiyə və tapşırıqlarını verib.