...

MSK Azərbaycanda parlament seçkilərində daha üç nəfərin namizədliyini təsdiq edib

Siyasət Materials 3 Noyabr 2010 18:27 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası çərşənbə günü Azərbaycanda parlament seçkilərində daha üç nəfərin namizədliyini təsdiq edib.
MSK Azərbaycanda parlament seçkilərində daha üç nəfərin namizədliyini təsdiq edib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir М.Əliyev/

Mərkəzi Seçki Komissiyası çərşənbə günü Azərbaycanda parlament seçkilərində daha üç nəfərin namizədliyini təsdiq edib. Azərbaycanın Ali Məhkəməsi Abdulov İxtiyar, Məmmədov Elçin və Əliyev Mübarizin namizədliyinin təsdiq edilməsi barədə qərar qəbul edib. Bundan əvvəl dairə seçki komissiyası onları qeydiyyata almaqdan imtina etmişdi.

Çərçənbə günü MSK-nın iclasında Salyan-Neftçala dairə seçki komissiyasının tərkibinə dəyişikliklər edilib, eləcə də siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyatdan keçib.

Həmçinin, MSK parlament seçkiləri ilə bağlı daxil olan müraciətlərə baxıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti