...

Ərəb Dövlətləri Liqası münaqişələri həll etməyə qadir deyil - baş katib

Siyasət Materials 13 Sentyabr 2011 17:19 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası (ƏDL) artıq ərəb dünyasındakı münaqişələri həll etmək iqtidarında deyil.
Ərəb Dövlətləri Liqası münaqişələri həll etməyə qadir deyil - baş katib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ərəb Dövlətləri Liqası (ƏDL) artıq ərəb dünyasındakı münaqişələri həll etmək iqtidarında deyil. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı ƏDL-in baş katibi Nabil əl-Ərəbinin ərəb ölkələrinin xarici işlər nazirlərinin iclasındakı çıxışına istinadən xəbər verib.

Baş katib nazirlərə Suriya hökuməti tərəfindən ölkədə başlanmış islahatlarla bağlı əldə olunan sazişi təqdim edib.

Misirdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da iclasda iştirakı gözlənilir.

Görüşdə Suriyadakı vəziyyət və BMT tərəfindən Fələstin Dövlətinin tanınması məsələsi müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti