...

Azərbayan və Rumıniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 28 Yanvar 2013 16:57 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib.
Azərbayan və Rumıniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin məütbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.

Nazir səfirə nazirliyin fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Sonda Daniel Kristian Çiobanu səmimi qəbula görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti