...

Milli Şuranın təmsilçiləri seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini bəyan ediblər

Siyasət Materials 11 Oktyabr 2013 16:45 (UTC +04:00)
Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupunun namizədi Cəmil Həsənlinin 82 saylı Ağcabədi seçki dairəsindəki müxtəlif məntəqə seçki komissiyalarına təyin etdiyi 14 nəfər məşvərətçi səs hüquqlu üzvlər seçkilərin gedişatından razı qalıblar.
Milli Şuranın təmsilçiləri seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini bəyan ediblər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupunun namizədi Cəmil Həsənlinin 82 saylı Ağcabədi seçki dairəsindəki müxtəlif məntəqə seçki komissiyalarına təyin etdiyi 14 nəfər məşvərətçi səs hüquqlu üzvlər seçkilərin gedişatından razı qalıblar.

Trend-ə daxil olan teleqramda qeyd olunur ki, seçki məntəqələrində səhərdən axşamadək səsvermənin gedişini izləyən Niftalıyev Fuad Rəhman oğlu (1 saylı seçki məntəqəsi), Cənnətov Məhəmməd Telman oğlu (14 saylı seçki məntəqəsi), Əsədov Əsəd Teymur oğlu (35 saylı seçki məntəqəsi), Quliyev Hafiz Hamlet oğlu (2 saylı seçki məntəqəsi), Quliyev İlham Qulu oğlu (20 saylı seçki məntəqəsi), Həsənli İlkin Rizvan oğlu (18 saylı seçki məntəqəsi), Qasımov Ələmşah Rzaqulu oğlu (10 saylı seçki məntəqəsi), Abdurrəhmanov Bəhruz Əliyar oğlu (17 saylı seçki məntəqəsi), Məmmədhüseynov Aydın Həsənalı oğlu (6 saylı seçki məntəqəsi), Həsənov Mahir Həsən oğlu (4 saylı seçki məntəqəsi), Mirzəyev Akif Hümbət oğlu (32 saylı seçki məntəqəsi), Həsənov Adil İsa oğlu (11 saylı seçki məntəqəsi) və digərləri səsvermədə seçicilərin yüksək fəallığını, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçdiyini qeyd edirlər.

82 saylı Ağcabədi seçki dairəsinin müxtəlif məntəqələrində müşahidəçilik etmiş məşvərətçi səs hüquqlu üzvlər heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını və seçkilərin nəticələrindən razı qaldıqlarını bildirirlər.

Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri tərəfindən sözügedən dairə seçki komissiyasının seçki məntəqələrinə məşvərətçi səs hüquqlu üzvlər kimi təqdim edilən müraciət müəllifləri teleqramların surətini Mərkəzi Seçki Komissiyasına da göndərdiklərini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti